• cümə, 29 Mart, 00:33
  • Baku Bakı 7°C

ABŞ və Rusiya generallarının Bakıda görüşməsi Azərbaycanın regionda lokomotiv rol oynadığını bir daha təsdiq etdi

18.02.17 12:15 975
ABŞ və Rusiya generallarının Bakıda görüşməsi Azərbaycanın regionda lokomotiv rol oynadığını bir daha təsdiq etdi
ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüşün keçirilməsi üçün məkan olaraq Bakının seçilməsi Azərbaycanın regionda lokomotiv rol oynadığını bir daha təsdiq etdi.
Bu fikriAZƏRTAC-a açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.
Bayram Səfərov qeyd edib ki, Prezident İlham Əliyevin balanslı xarici siyasət yürütməsi Azərbaycanın dünyada nüfuzunu daha da artırıb. Eyni zamanda, Azərbaycan regionda təhlükəsizliyin təminində, o cümlədən Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. Ölkəmiz dünyanın güc mərkəzlərinin böyük nüfuzunu qazanıb.
İcma rəhbəri hesab edir ki, dünyanın iki nəhəng dövlətinin nüfuzlu şəxslərinin Bakıda görüşməsi Azərbaycanın regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış etdiyini göstərir.
banner

Oxşar Xəbərlər