• cümə, 29 Mart, 16:47
  • Baku Bakı 14°C

ABŞ və müttəfiqləri BMT TŞ-yə qətnamə layihəsi təqdim edib

15.04.18 12:43 860
ABŞ və müttəfiqləri BMT TŞ-yə qətnamə layihəsi təqdim edib
ABŞ, Böyük Britaniya və FransaBMTTəhlükəsizlik ŞurasınaSuriyada kimyəvi silah tətbiq olunmasının araşdırılmasına dair yeni qətnamə layihəsi təqdim edib.
APA-nın "Liberation” nəşrinə istinadən verdiyi məlumata görə, qətnamə layihəsində humanitar yardımın maneəsiz çatdırılması və atəşin dayandırılmasına çağırış edilir, həmçinin DəməşqinBMT-nin rəhbərliyi altında sülh danışıqlarında iştirakı tələb olunur.
Bundan başqa, sənəddəSuriyadakı kimyəvi hücumların müstəqil təhqiqatı istənilir.
ABŞ və müttəfiqləri, eyni zamanda,Suriyada atəşin dayandırılmasını nəzərdə tutan 2401 saylı qətnamənin yerinə yetirilməsinə çağırır və Dəməşqdən vicdanla və konstruktiv şəkildə, heç bir ön şərt irəli sürmədən sülh danışıqlarında iştirak etməyi tələb edir.
Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Fransa aprelin 14-dəSuriyada Əsəd hökumətinin kimyəvi silah hazırlanan obyektlərinəhava-raket zərbələri endirib.
banner

Oxşar Xəbərlər