AZE | RUS | ENG |

ABŞ və müttəfiqləri BMT TŞ-yə qətnamə layihəsi təqdim edib

ABŞ və müttəfiqləri BMT TŞ-yə qətnamə layihəsi təqdim edib
ABŞ, Böyük Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasına Suriyada kimyəvi silah tətbiq olunmasının araşdırılmasına dair yeni qətnamə layihəsi təqdim edib.  
 
APA-nın "Liberation” nəşrinə istinadən verdiyi məlumata görə, qətnamə layihəsində humanitar yardımın maneəsiz çatdırılması və atəşin dayandırılmasına çağırış edilir, həmçinin Dəməşqin BMT-nin rəhbərliyi altında sülh danışıqlarında iştirakı tələb olunur.   
 
Bundan başqa, sənəddə Suriyadakı kimyəvi hücumların müstəqil təhqiqatı istənilir.

ABŞ və müttəfiqləri, eyni zamanda, Suriyada atəşin dayandırılmasını nəzərdə tutan 2401 saylı qətnamənin yerinə yetirilməsinə çağırır və Dəməşqdən vicdanla və konstruktiv şəkildə, heç bir ön şərt irəli sürmədən sülh danışıqlarında iştirak etməyi tələb edir.     
 
Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Fransa aprelin 14-də Suriyada Əsəd hökumətinin kimyəvi silah hazırlanan obyektlərinə hava-raket zərbələri endirib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6924
GBP 1 İngilis funt sterlinqi 2.2228
TRY 1 Türk lirəsi 0.3533
KWD 1 Küveyt dinarı 5.6122
SEK 1 İsveç kronu 0.1918
EUR 1 Avro 1.9801
CHF 1 İsveçrə frankı 1.7014
USD 1 ABŞ dolları 1.7000