ABŞ və Braziliya prezidentləri Venesueladakı vəziyyəti müzakirə ediblər
ABŞ və Braziliya prezidentləri Donald Tramp və Mişel Temer şənbə günü baş tutan telefon söhbəti zamanı, o cümlədən Venesuelada yaranan kəskin daxili siyasi böhranı da müzakirə ediblər.
"Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
O, iki ölkə liderinin söhbətini "davamlı və son dərəcə məhsuldar" adlandırıb.