• şənbə, 20 Aprel, 01:37
  • Baku Bakı 15°C

“ABŞ və Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”

28.05.18 12:00 369
“ABŞ və Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”
"ABŞ hökuməti və Amerika xalqının adından Azərbaycan xalqını və hökumətini Respublika Günü münasibətilə təbrik etməyə şadam”.
APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə dövlət katibi Mayk PompeonunAzərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ilə əlaqədar yaydığı bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, 2018-ci ildə müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan, ilk dəfə olaraq qadınlara bərabər siyasi hüquqların verilməsini təmin edən Azərbaycan Demokratik Respublikasının yaranmasından 100 il ötür.
"1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşı olub. Uzunmüddətli əməkdaşlığımızın davam etdirilməsi, təhlükəsizlik, energetika və demokratik idarəçilik sahələrində əməkdaşlığımızın dərinləşdirilməsini, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik. Biz həmçininDağlıq Qarabağmünaqişəsinin sülh yolu ilə həlli yolunun tapılmasına sadiq qalırıq və tərəfləri intensiv danışıqları tezliklə bərpa etməyə təkidlə çağırırıq”, bəyanatda deyilir.
banner

Oxşar Xəbərlər