• çərşənbə, 24 Aprel, 19:50
  • Baku Bakı 23°C

ABŞ və Avropanın fond bazarları çöküb - KƏSKİN ENMƏ

25.06.16 13:09 1179
ABŞ və Avropanın fond bazarları çöküb - KƏSKİN ENMƏ

Britaniyanın Avropa Birliyindən çıxması ilə nəticələnən referendumun səbəbindən Amerikanın fond bazarı çöküb. Fins.az bildirir ki,Bloomberg-in məlumatına görə, birjalarda son 10 ay ərzində ən böyük enmə baş verib.
Belə ki, Dow Jones indeksi 3,39% azalaraq 17 399,86-ya düşüb.
S&P 500 indeksi 3,60% azalaraq 2037,30-a enib. NASDAQ elektron birjasının indeksi isə 4,12% azalaraq 4707,98 pilləyə enib.
Avropa fond bazarlarında FTSE 100 indeksi 3,15% azalaraq 6 138,69-a, Almaniya birjasının indeksi - DAX 6,82% azalaraq 9 557,16-a, Fransa birjasının CAC-40 indeksi 8,04% azalaraq 4 106,73 bəndədək ucuzlaşıb.
Birjalarda qızılın unsiyası 59,30 dollar artaraq 1 322,40 dollara, gümüş isə 0,44 dollar artaraq 17,79 dollara satılıb.
banner

Oxşar Xəbərlər