• çərşənbə axşamı, 19 mart, 09:59
  • Baku Bakı 8°C

ABŞ və Avropa İttifaqı Gürcüstana maliyyə yardımı edəcək

22.03.18 18:30 456
ABŞ və Avropa İttifaqı Gürcüstana maliyyə yardımı edəcək
ABŞ Konqresi Gürcüstana 105 milyon dollar yardım edəcək.
APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın 2018-ci il dövlət büdcəsi layihəsində bildirilir.
Sözügedən sənədlə bağlı yekun səsvermə sabah keçiriləcək. Bundan sonra büdcə layihəsi ABŞ prezidenti tərəfindən təsdiq olunmalıdır.
Avropa İttifaqıda Gürcüstana maliyyə yardımı edəcək. Büdcəyə dəstək layihəsi çərçivəsində ayrılacaq 48 milyon avro maliyyə infrastrukturunun yenilənməsi, innovativ biznes modellərinin yaradılmasının stimullaşdırılması, biznes mübahisələri üzrə ədalətli qərarların qısa müddətdə qəbulunun təmin edilməsi və biznes-inkubatorlarının inkişafına dəstəyə yönələcək.
banner

Oxşar Xəbərlər