• çərşənbə, 24 Aprel, 20:15
  • Baku Bakı 23°C

ABŞ Ukrayna böhranının Azərbaycana mümkün təsirindən narahatdır

11.04.14 15:35 1057
ABŞ Ukrayna böhranının Azərbaycana mümkün təsirindən narahatdır
ABŞ Ukrayna böhranının Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovaya mümkün təsirindən narahatdır.
APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Senatın xarici əlaqələr komitəsində çıxışı zamanı deyib.
Nuland qeyd edib ki, artıq bir dəfə Moldova Rusiya tərəfindən iqtisadi təzyiqə məruz qalıb.
“Bildiyiniz kimi, son aylarda biz Moldovaya və regionun digər ölkələrinə siyasi və iqtisadi dəstəyimizi artırmışıq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, - deyə o vurğulayıb.
Nulandın sözlərinə görə, Ukraynadakı böhran ABŞ-ın diqqətini təkcə mərkəzi və şərqi Avropaya deyil, həm də transatlantik təhlükəsizliyə təhdidlərə artırıb.
banner

Oxşar Xəbərlər