• cümə axşamı, 25 aprel, 06:31
  • Baku Bakı 14°C

ABŞ üçün təhlükə - DÇ-dən kənarda qalacaq?

06.09.17 10:55 1035
ABŞ üçün təhlükə - DÇ-dən kənarda qalacaq?
KONKAKAF zonasında DÇ-2018-in seçmə mərhələsinin növbəti turunun oyunları keçirilib.
Kaspi.az xəbər verir ki, DÇ-yə vəsiqəni təmin edən Meksika səfərdə Kosta-Rika ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Kosta-Rika bu heç-heçə sayəsində 2-ci pillədəki yerini qoruyub.
Panama isə Trinidad və Tobaqonu darmadağın edərək (3:0) 3-cü pilləyə yüksəlib. Buna səbəb Honduras - ABŞ oyununun 1:1 hesabı ilə başa çatması olub.
Bu heç-heçədən sonra ABŞ-ın DÇ-yə qatılmaq şansı təhlükəyə düşüb. Hazırda 9 xalla 4-cü pillədə olan ABŞ 5-ci pillədə qərarlaşan Hondurası yalnız topların fərqinə görə üstələyir.
banner

Oxşar Xəbərlər