• çərşənbə, 24 Aprel, 09:10
  • Baku Bakı 13°C

ABŞ üçün böyük güzəşt, FİFA 4 ölkəyə icazə verdi

11.05.18 12:20 675
ABŞ üçün böyük güzəşt, FİFA 4 ölkəyə icazə verdi
FİFA DÇ-2026-nın səsverməsi üçün ABŞ-a böyük güzəşt yaradıb.
Kaspi.az xəbər verir ki, ali futbol qurumu DÇ-2026-ın ev sahibinin müəyyənləşməsi üçün keçiriləcək səsvermədə iştiraka ABŞ-ın siyasi nəzarətində olan 4 ölkəyə icazə verib.
Bu ölkələr Amerika Samaous, Quam, Puerto-Riko və Virciniya adalarıdır. ABŞ, Meksika və Kanada DÇ-2026-ya ev sahibliyi etmək üçün Mərakeşlə mübarizə aparacaq.
Bir çoxları iddia edirdi ki, ABŞ-ın nəzarətində olan bu ölkələrə səsvermədə iştiraka icazə verilsə, bu, maraqların toqquşmasına gətirib çıxaracaq.
Ancaq FİFA bildirib ki, siyasi statusa görə, bu ölkələri səsvermə hüququndan məhrum edə bilməz.
banner

Oxşar Xəbərlər