• cümə, 19 Aprel, 10:23
  • Baku Bakı 13°C

ABŞ təsdiqlədi: “İŞİD liderinin videosu həqiqətdir”

08.07.14 14:53 1626
ABŞ təsdiqlədi: “İŞİD liderinin videosu həqiqətdir”
ABŞ Dövlət Departamenti İŞİD lideri Əbubəkr əl-Bağdadinin ötən cümə yayımlanan videosunun həqiqi olduğunu bəyan edib. APA TV-nin məlumatına görə, Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib ki, görüntülərin saxta olduğunu iddia etmək üçün əsasları yoxdur.
SİTAT: “O videoya biz də baxdıq. Hesab edirik ki, görüntülər saxta deyil. Əksini düşünmək üçün əlimizdə əsas yoxdur”. Cen Psaki İŞİD liderinin bir neçə il əvvəl ABŞ-da həbsxanaların birində girov saxlandığı ilə bağlı sualı cavablandırmayıb. Xarici mətbuatın yazdığına görə, İŞİD liderinin Federal Təhlükəsizlik Bürosunda olan şəkli bir neçə il əvvəl ABŞ-da həbsdə saxlanan zaman çəkilib. Bağdadinin 4 il həbsdə yatdığı bildirilsə də, həbsin səbəbləri açıqlanmayıb.
banner

Oxşar Xəbərlər