ABŞ tanınmış iranlı alimi azad edib

ABŞ tanınmış iranlı alimi azad edib

Təfsilat
08 Dekabr 2019, 16:30 259
ABŞ İranın molekulyar fizika üzrə tanınmış alimi Məsud Süleymanini azad edib.
 
AZƏRTAC xəbər verir ki, 2018-ci ildə Minnesota ştatında Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən heç bir iddia irəli sürülmədən həbs edilən alim sonradan Vaşinqtona gətirilərək buradakı həbsxanalardan birində saxlanılırdı.
 
Üçüncü tərəfin vasitəsilə İran ilə ABŞ arasında əldə olunan razılaşmaya əsasən Məsud Süleymaninin azadlığa buraxılması müqabilində rəsmi Tehran 2016-ci ildə ölkədə həbs olunan Syuzan Van adlı tələbəni azad edib.
 
Məsud Süleymani azad olunan gün də İrana qayıdıb. Aeroportda alimi İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif və dostları qarşılayıblar.