AZE | RUS | ENG |

ABŞ Suriyanı tərk edir

ABŞ Suriyanı tərk edir
Hərbi texnikanın çıxarılmasına başlanıldı

ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair plana uyğun olaraq hərbi texnikanın bu ölkədən çıxarılmasına başlanıb.

Trendin məlumatına görə, KİV-lər artıq neçə gündür ki, "yerüstü hərbi texnikanın" ilk partiyasının Suriyadan çıxarılması barədə materiallar dərc edir. İlkin olaraq Suriyanın şimal hissəsindəki qüvvələrin çıxarılacağı bildirilir.

Hərbi qüvvələrin çıxarılması ilə bağlı əməliyyatın həyata keçirlməsi isə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığına həvalə olunub. Çıxarılan hərbi texnika arasında yerüstü hərbi texnika ilə yanaşı, hərbi gəmi, təyyarə və vertolyotların da yer alacağı qeyd olunur.

Qeyd edək ki, ötən ilin dekabrında ABŞ Prezidenti Donald Tramp Pentaqona Suriyadan təxminən amerikalı hərbçilərin çıxarılması ilə bağlı hazırlıq işlərinə başlamağı əmr edib.

Bundan başqa, amerikalı hərbçilər Əfqanıstandan da çıxarılacaq.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019