• cümə, 19 Aprel, 23:42
  • Baku Bakı 24°C

ABŞ Suriyadakı türk hərbçilərinə edilmiş hücumu pisləyib

20.08.19 12:36 8551
ABŞ Suriyadakı türk hərbçilərinə edilmiş hücumu pisləyib
ABŞ Suriyadakı türk hərbçilərinə edilmiş hücumu pisləyib.
AZƏRTACxarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Morgan Ortaqus "Twitter” hesabında Suriyanın İdlib bölgəsindəki türk hərbçilərinə və mülki şəxslərə endirilən hava zərbələrini pisləyən bəyanat yayıb. Bəyanatda qeyd edilir: "Əsəd rejimi və müttəfiqləri İdlibdəki dərhal atəşkəsi bərpa etməlidirlər. Türk hərbçilərinə endirilən xain hava hücumundan sonra mülki şəxslər, humanitar qruplar və binalar vəhşicəsinə hədəfə alındı. Biz bu şiddəti qətiyyətlə pisləyirik”.
Qeyd edək ki, bu günlərdə İdlibdə türk hərbçiləri hökumət qüvvələri tərəfindən hava hücumuna məruz qalmışdılar. Nəticədə 3 mülki şəxs öldürülüb, 12-si isə yaralanıb.
banner

Oxşar Xəbərlər