• cümə, 29 Mart, 11:26
  • Baku Bakı 5°C

ABŞ «sərhəd təhlükəsizliyi qüvvələri» yaratmağa başlayıb

14.01.18 21:47 394
ABŞ «sərhəd təhlükəsizliyi qüvvələri» yaratmağa başlayıb
ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi beynəlxalq koalisiyaSuriyada nəzarət etdiyi ərazilərdə «sərhəd təhlükəsizliyi qüvvələri» yaratmağa başlayıb.
APA-nın «Gazeta.ru»-ya istinadən verdiyi xəbərə görə, bu barədə «Defense Post» nəşrinə koalisiyanın rəsmi nümayəndəsi Tomas Vill bildirib.
Alyansın «SuriyaDemokratik Qüvvələr» (SDQ) adlanan silahlı qruplaşma ilə birgə çalışdığı bildirilir.
«Hazırda, ilkin mərhələdə, təlimlərə təxminən 230 nəfər cəlb edilib, yekun məqsəd - 30 minlik qüvvə yaratmaqdır», - deyə Tomas Vill vurğulayıb.
Onun sözlərinə görə, yeni qüvvələrSuriyanın SDQ-nin nəzarətində olan ərazinin qərb sərhədi boyu, habeləİraqvə Türkiyə sərhədləri bou yerləşdiriləcək.
banner

Oxşar Xəbərlər