• şənbə, 27 Aprel, 04:09
  • Baku Bakı 14°C

ABŞ Suriyada kimyəvi silahdan istifadəni sübuta yetirəcəyini iddia edir

15.04.18 11:30 845
ABŞ Suriyada kimyəvi silahdan istifadəni sübuta yetirəcəyini iddia edir
ABŞSuriyanın Duma şəhərində aprelin 7-də xlor və zarindən istifadə edildiyini sübuta yetirə biləcək informasiyaya malik olduğunu bəyan edib. APA-nın "RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün jurnalistlərə ABŞ prezidenti administrasiyasının nümayəndəsi bildirib.
"Malik olduğumuz informasiya xlor və zarindən istifadə edildiyinə işarə edir, bu vasitələr kimyəvi silah hesab edilir”, - deyə məmur qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Qərb Dəməşqi Duma şəhərində kimyəvi silahdan istifadə etməkdə ittiham edib. Buna cavab olaraq ABŞ, Britaniya və Fransa aprelin 14-nə keçən gecəSuriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket buraxıb. Rusiya tərəfi iddia edir ki,SuriyaHavaHücumundan Müdafiə sistemləri raketlərin əksəriyyətini hədəfə çatmadan məhv edib.
banner

Oxşar Xəbərlər