• cümə, 19 Aprel, 22:29
  • Baku Bakı 24°C

ABŞ Suriyada 30 minlik PYD/YPG ordusu yaratmaq istəyir

14.01.18 19:55 508
ABŞ Suriyada 30 minlik PYD/YPG ordusu yaratmaq istəyir
ABŞ-ın rəhbərlik etdiyi koalisiya əsasını PKK-nınSuriyaqolu PYD/YPG təşkil edəcək 30 minlik sərhəd təhlükəsizliyi qüvvəsi yaratmaq planı üzərində çalışır.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün ABŞ-ın rəhbərliyi altındaSuriyavəİraqda İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil bildirib.
Açıqlamada bildirilib ki, koalisiyanınSuriyaDemokratik Qüvvələri ilə yaradacağıbu qüvvənin missiyasıİraq, Türkiyə sərhədlərini və Fərat çayı boyu sərhədi qorumaqdır.SuriyaDemokratik Qüvvələrinin əsasınıPYD/YPG təşkil edir.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ınSuriyada PYD/YPG ordusu formalaşdırmaq,Suriyanın şimalındakı ərazidə terror təşkilatının hakimiyyəti ilə rəsmən diplomatik əlaqə yaratmaq niyyətində olması barədə məlumatlar yayılıb. Bununla əlaqədar bir həftə öncə ABŞ-ın Türkiyədəki müvəqqəti işlər vəkili TürkiyəXarici İşlər Nazirliyinə çağırılmış və məsələyə aydınlıq gətirilməsi istənilmişdi.
ABŞ-ın bu bəyanatı Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanyaxın günlərdə Türkiyə ordusununSuriyada PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyat aparacağını açıqlamasından sonraya təsadüf edib.
banner

Oxşar Xəbərlər