• cümə axşamı, 25 aprel, 03:58
  • Baku Bakı 19°C

ABŞ Suriya ilə Livanı üz-üzə qoyur

06.06.13 08:03 1401
ABŞ Suriya ilə Livanı üz-üzə qoyur
Ağ Evin mətbuat katibi Cey Karni Suriya hakimiyyətini Livanın suverenliyini kobud şəkildə pozmaqda günahlandırıb. APA-nın məlumatına görə, Karni Suriya qoşunlarının Livanın Arsal şəhərini atəşə tutmasından sonra belə bir bəyanatla çıxış edib.
«Suriyadakı silahlı münaqişədə «Hizbullah»ın iştirakı və Suriya rejiminin Arsalı atəşə tutması Livanın suverenliyinin kobud şəkildə pozulması və onun sabitliyinə təhlükə yaratmaq deməkdir. Birləşmiş Ştatlar Livanın təhlükəsizliyi, sabitliyi və suverenliyini birmənalı şəkildə dəstəkləyirlər», deyə o bildirib.
banner

Oxşar Xəbərlər