• cümə axşamı, 28 mart, 19:31
  • Baku Bakı 13°C

ABŞ ştatından Azərbaycana dəstək bəyanatı

30.01.15 06:14 1049
ABŞ ştatından Azərbaycana dəstək bəyanatı
Yanvarın 29-da ABŞ-ın Kolorado ştatının Senatı Azərbaycana güclü dəstək ifadə edən bəyanat qəbul edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, Senatın sədri Bill Kadman tərəfindən imzalanmış və Senatın plenar iclasında gündəliyə çıxarılmış bəyanat iclasda iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub.
Təqdimatdan öncə Senator Ləri Krauder çıxış edərək hazırkı təlatümlərlə dolu dövrdə ABŞ-ın qlobal problemlərə qarşı təkbaşına mübarizə apara bilmədiyini, buna görə də öz müttəfiqlərini güclü şəkildə dəstəkləməli olduğunu vurğulayıb. Bu səpkidə, senator Krauder Azərbaycana dəstək ifadə edən bəyanatı təqdim edib.
Sənəddə son 20 il ərzində enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə və insan alverinə, eləcə də kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahələrində Azərbaycanın ABŞ-la sıx əməkdaşlıq etdiyi bildirilir. Qeyd olunur ki, 11 sentyabr terror aktlarından sonra Azərbaycan ABŞ-a öz qeyd-şərtsiz dəstəyini göstərən ilk ölkələrdən biri olub, Əfqanıstandakı koalisiya qoşunları üçün hava məkanını və hava limanlarını açıb və öz əsgərlərini ABŞ hərbçiləri ilə çiyin-çiyinə döyüşmək üçün Əfqanıstana göndərib. Qeyd olunur ki, Kolorado ştatı ilə Azərbaycan arasında ticarət, mədəniyyət və təhsil mübadiləsi də daxil olmaqla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır.
Qeyd edək ki, Koloradoya səfər müddətində baş konsul Nəsimi Ağayev Kolorado Senatı və Nümayəndələr Palatasının aparıcı üzvləri ilə görüşlər keçirərək, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Görüşlərdə qanunvericilər ABŞ-a daim müxtəlif sahələrdə göstərdiyi köməyə və dəstəyə görə Azərbaycana öz təşəkkürlərini bildiriblər.
banner

Oxşar Xəbərlər