• çərşənbə axşamı, 16 aprel, 17:12
  • Baku Bakı 19°C

ABŞ ÜST-ü tərk etmək barədə qərar qəbul edib

08.07.20 09:30 526
ABŞ ÜST-ü tərk etmək barədə qərar qəbul edib
Birləşmiş Ştatlar BMT Baş katibinə ÜST-dən çıxmaq barədə bildiriş göndərib.
Trend-in məlumatına görə, bu barədə baş katibin nümayəndəsi Stefan Düjarik xəbər verib.
Qərar 2021-ci il 6 iyulda qüvvəyə minməlidir.
"Deyə bilərəm ki, 6 iyul 2020-ci ildə ABŞ Baş katibə Ümumdünya Səhiyyə Təşkilatından çıxması barədə qərar verdiyini bildirib, qərar 6 İyul 2021-ci ildə qüvvəyə minəcək", - Düjarrik deyib.
Nümayəndə ABŞ-ın 21 iyun 1948-ci ildən bəri Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsinin tərəfdaşı olduğunu xatırladıb. Onun sözlərinə görə, ABŞ-ın ÜST-ə daxili Ümumdünya səhiyyə assambleyası tərəfindən bu ölkənin sözü gedən səhiyyə təşkilatından lazım olduqda çıxması mümkün olması üçün ABŞ tərəfindən müəyyən edilmiş şərtlərlə qəbul edilmişdir.
banner

Oxşar Xəbərlər