• cümə, 29 Mart, 02:45
  • Baku Bakı 7°C

ABŞ şirkəti Bakı məktəblisi ilə müqavilə bağlayıb

03.10.13 15:34 1491
ABŞ şirkəti Bakı məktəblisi ilə müqavilə bağlayıb
Bu yaxınlarda ABŞ-ın “Exoventure Associates” LLC şirkəti azərbaycanlı məktəbli Rüfət Məmmədli və onun Şimali Kipr Türk Cümhuriyyətindən olan həmyaşıdı Buğra Levent Çondalla əməkdaşlığa dair müqavilə bağlayıb.
Lent.az-ın məlumatına görə, ABŞ şirkəti adıçəkilən məktəblilərin müəllifi olduqları “Loupse.com” layihəsinin genişləndirilməsi işinə sərmayə cəlb etmək və bu məqsədlə işgüzar dairələrdə layihənin tanıtımını keçirmək niyyətindədir.
“Loupse.com” layihəsi kompüterləri mobil telefon vasitəsilə idarə etmək üçün proqram təminatının yaradılması ilə bağlıdır. Bu proqramın köməyilə istifadəçi öz kompüterində istənilən məsafədən müxtəlif əməliyyatları icra etmək imkanı qazanır.
Qeyd edək ki, sözügedən layihəyə 2012-ci ildə “Azercell Telekom” MMC də dəstək verib və layihənin ideyasının həyata keçirilməsinə müvafiq köməyin göstərilməsini təşkil edib. ABŞ şirkətilə “Loupse.com” layihəsinə dair müqavilənin bağlanması da “Azercell”in Barama İnnovasiya Mərkəzinin vasitəçiliyilə baş tutub.
Onu da qeyd edək ki, R.Məmmədli hazırda Bakı şəhərinin 20 saylı orta məktəbinin 11-ci sinfində təhsil alır.
banner

Oxşar Xəbərlər