• çərşənbə axşamı, 19 mart, 07:27
  • Baku Bakı 8°C

ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək

21.09.19 17:45 478
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
Keçən həftə Səudiyyə Ərəbistanındakı iri neft obyektlərinə pilotsuz uçuş aparatlarının hücumlarından sonra Birləşmiş Ştatlar Yaxın Şərqdə öz hərbi qulluqçularının əlavə kontingentini yerləşdirəcəyini bəyan edib.
AZƏRTACxəbər verir ki, ABŞ Müdafiə naziri Mark Esper cümə günü mətbuat konfransında deyib: "Prezident orada ABŞ qüvvələrinin yerləşdirilməsini bəyənib. Bu qüvvələr əsasən hava hücumundan və raket hücumundan müdafiə məqsədilə göndəriləcək”.
Esper oraya nə qədər qoşun göndəriləcəyini bildirməyib, lakin deyib ki, Səudiyyə Ərəbistanı "müdafiə üçün əlavə dəstək göstərilməsini” xahiş edib. Nazir daha sonra əlavə edib ki, bu addım hamıya dəqiq siqnal olacaq: Birləşmiş Ştatlar regionda öz tərəfdaşlarını dəstəkləyir.
Bu tədbirlər kommersiya maraqları nəzərə alınmaqla həyata keçirilir, çünki həmin hücumların hədəfi kimi dünyada ən iri neftayırma obyektləri seçilmişdi. Esper deyib ki, əlavə qoşunlar "qlobal iqtisadiyyatın dəstəklənməsi üçün zəruri resurslar axınını təmin etməyə imkan verəcək”.
Xatırladaq ki, sentyabrın 14-də pilotsuz uçuş qurğuları Səudiyyə Ərəbistanının şərqində Abkayk məntəqəsində neftin ilkin emalı üzrə dünyada ən iri zavoda, həmçinin Urays neft yatağındakı neftayırma zavoduna havadan hücum edib, nəticədə Saudi Aramco dövlət müəssisələrində yanğınlar başlanıb. Bir neçə saat ərzində yanğın söndürülüb, lakin Səudiyyə Ərəbistanında neft hasilatı 9,8 milyon barreldən müvəqqəti olaraq 4,1 milyon barrelə düşüb. Bu, dünya üzrə neft hasilatının 5 faizinə bərabərdir.
banner

Oxşar Xəbərlər