• cümə, 29 Mart, 04:50
  • Baku Bakı 7°C

ABŞ senatorlarından FİFA-ya müraciət

03.08.17 14:50 1381
ABŞ senatorlarından FİFA-ya müraciət
ABŞ senatorları FİFA-ya müraciət edərək, DÇ-2018 üçün tikilən stadionlarda Şimali Koreyadan olan fəhlələrin işlədilməsi ilə bağlı yayılan məlumatı araşdırmağı tələb ediblər.
Kaspi.az xəbər verir ki, bu ilin may ayında "Guardian” qəzeti Sankt-Peterburqda inşa edilən stadionda şimali koreyalı fəhlələrin işlədildiyini və onların hüquqlarının pozulduğu ilə bağlı məlumat dərc edilmişdi.
Bununla bağlı İsveç, Norveç, Danimarka və İslandiya futbol federasiyalarının da FİFA-ya məktub göndərdiyi bildirilir. Qəzet FİFA-nın cavabını da dərc etmişdi. Cavabda göstərilirdi ki, FİFA ötən il belə fakt aşkarlasa da, 2017-ci ilin mart ayında aparılan təkrar yoxlama zamanı belə hala rast gəlinməyib.
Senatorlar məsələnin araşdırılmasını və DÇ-2018 üçün tikilən stadionlarda çalışanların hüquqlarının qorunmasını tələb edirlər. DÇ-2018-in təşkilat komitəsinin sədri Vitali Mutko xarici mətbuatı böhtan atmaqda ittiham edib və tikintisi gedən stadionlarda bütün işlərin FİFA-nın təlimatları əsasında aparıldığını bildirib.
banner

Oxşar Xəbərlər