• cümə, 26 Aprel, 20:58
  • Baku Bakı 22°C

ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsi hazırlayıblar

11.01.17 10:45 676
ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsi hazırlayıblar
Bir qrup ABŞ senatoru Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsi hazırlayıblar.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqtonda mətbuat konfransında senator Ben Kardin bildirib.
"Bu təfsilatlı qanun layihəsi Amerika maraqlarının əleyhinə fəaliyyət həyata keçirən Rusiyaya qarşı əlavə sanksiyalar nəzərdə tutur. Biz hücuma məruz qalmışıq, bizə Rusiya Federasiyası hücum edib. Bu artıq müzakirə predmeti deyil”, - deyə Kardin qeyd edib.
Onun sözlərinə görə, sanksiyalar ABŞ və Ukraynaya qarşı kiberhücumlara, insan haqlarının pozulması və korrupsiyaya görə məsuliyyət daşıyan fiziki şəxslərə qarşı tətbiq ediləcək.
Bundan başqa, qanun layihəsinin bir hissəsi Rusiyanın Ukrayna,Suriya, Gürcüstan və Krımla bağlı fəaliyyətini əhatə edir.
Qanun layihəsi hər iki partiyanın nümayəndələri – respublikaçıCon Makkeyn, demokratlar Kardin və Robert Menendes tərəfindən hazırlanıb.
Qeyd edək ki, Moskva Vaşinqtonun kiberhücumlarla bağlı ittihamlarını rədd edir.
banner

Oxşar Xəbərlər