• cümə axşamı, 25 aprel, 20:29
  • Baku Bakı 21°C

ABŞ Senatında Rusiyaya qarşı sanksiyaların ləğvini qadağan edən qanun layihəsi hazırlanıb

08.02.17 13:50 767
ABŞ Senatında Rusiyaya qarşı sanksiyaların ləğvini qadağan edən qanun layihəsi hazırlanıb
ABŞ Senatında prezident Donald Trampın Rusiyaya qarşı sanksiyaları ləğv etməsini əngəlləmək məqsədilə qanun layihəsi hazırlanıb.
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, qanun layihəsinə respublikaçı Lindsi Qrem və demokrat Ben Kardin həmmüəlliflik edir.
Sənədin mahiyyəti bundan ibarətdir ki, əgər Ağ Ev sanksiyaları ləğv etmək istəyərsə, əvvəlcə Konqresin qarşısında bu qərarı ətraflı şəkildə əsaslandırmalıdır. Daha sonra 120 gün vaxt keçməlidir və bu müddət ərzində Konqres üzvləri prezidentin mövqeyi ilə razılaşıb-razılaşmamaq barədə qərar verməlidir. Layihə Senatda say üstünlüyünə malik olan respublikaçılarınCon Makkeyn, Marko Rubio kimi nüfuzlu simaları tərəfindən dəstəklənir. Senatın Xarici əlaqələr komitəsinin sədri, respublikaçı Bob Korker də Rusiyaya tətbiq olunmuş sanksiyaların ləğvinin əleyhinədir. Onun mətbuat katibi bildirib ki, senator Korker Rusiyanın Ukraynadakı davranışlarına görə sanksiyaların ləğvinin əleyhinə çıxır.
Senator B. Kardin deyib ki, səsvermədə qanun layihəsinin 67 səs (üçdə iki) toplamasına ümid edir. Bu halda prezidentin sənədə veto qoymaq hüququ olmayacaq.
banner

Oxşar Xəbərlər