• şənbə, 20 Aprel, 11:28
  • Baku Bakı 14°C

ABŞ senatı Ərdoğanla görüşdən sonra “erməni soyqırımı” ilə bağlı qətnaməni bloklayıb

14.11.19 09:41 312
ABŞ senatı Ərdoğanla görüşdən sonra “erməni soyqırımı” ilə bağlı qətnaməni bloklayıb
Respublikaçı senator Lindsi Qrem çərşənbə günü Senatın Osmanlı İmperiyasında bir əsrdən əvvəl "erməni soyqırımını" tanıyan qətnamənin qəbul etməsinin əleyhinə olduğunu bildirib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, senator Grem qətnamənin qəbulunu bloklamaqhüququndan istifadə edib.
"Mən Ərdoğan və Trampla görüşdüm və Türkiyə iləSuriyada qarşılaşdığımız problemlərdən danışdıq. Ümid edirəm ki, Türkiyə ilə Ermənistan aralarındakı sözügedən problemi birlikdə həll edər", - deyə senator əlavə edib.
Trampın yaxın müttəfiqi hesab olunan Grem senatorlara xitabən "tarixin yenidən yazmağın lazımsız olduğunu" bildirib.
Qeyd edək ki, "Erməni soyqırımı” qətnaməsi Xarici İşlər Komitəsində böyük demokrat Robert Menendez tərəfindən təklif edilmişdi.
Türkiyə Prezidenti Tayyib Ərdoğan çərşənbə günü Vaşinqtona səfəri zamanı Nümayəndələr Palatasının Osmanlı İmperiyasında "erməni soyqırımı"nın tanınmasının Türkiyə-Amerika münasibətlərinə kölgə saldığını diqqətə çatdırmışdı.
banner

Oxşar Xəbərlər