• cümə, 29 Mart, 11:39
  • Baku Bakı 5°C

ABŞ səfirliyi Yer Gününə həsr olunan İncəsənət Müsabiqəsinin qaliblərinə mükafatları təqdim edib

13.06.18 11:40 808
ABŞ səfirliyi Yer Gününə həsr olunan İncəsənət Müsabiqəsinin qaliblərinə mükafatları təqdim edib
ABŞ Səfirliyi, "Rəsm” zərgərlik evi, Təhsil Nazirliyinin nəzdində olan Uşaq və Gənglər Mərkəzləri 6 -16 yaşında olan gəncləri ətraf mühit məsələləri barədə maarifləndirmək və istedadları üzə çıxarmaq məqsədilə incəsənət müsabiqəsi keçiriblər. Müsabiqə iştirakçıları rəsm işlərini istənilən (həm elektron, həm də qeyri-elektron) formatda rəsm işlərini izah edən inşa ilə birlikdə təqdim ediblər.

Təhsil Nazirliyi və "Rəsm” zərgərlik evi ilə birlikdə ABŞ Səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə müşavir vəzifəsini icra edən Haydi Smislə birlikdə Azərbaycan Demokratik Respublikasının 100 illiyinə və Yer (Kürəsi) Gününə həsr olunmuş İncəsənət Müsabiqəsinin qaliblərinə mükafat və sertifikatlar təqdim ediblər.

Müsabiqənin beynəlxalq münsiflər heyəti 500-dən çox incəsənət işini nəzərdən keçirib onların arasından 60-nı seçibdir. Seçilmiş işlər 12-15 iyun tarixində 3 nömrəli Uşaq və Gənclər Mərkəzində numayiş olunacaqdır. Sərgiyə giriş ödənişsiz və hamı üçün açıqdır. Seçilmiş işlər ABŞ Səfirliyi və "Rəsm” zərgərlik evinin feysbuk səhifələrində yerləşdiriləcəkdir.




banner

Oxşar Xəbərlər