• çərşənbə axşamı, 19 mart, 10:17
  • Baku Bakı 8°C

ABŞ səfirliyi əlilliyi olan insanların pulsuz hüquqi yardım almasına kömək edib

23.02.18 15:45 788
ABŞ səfirliyi əlilliyi olan insanların pulsuz hüquqi yardım almasına kömək edib
ABŞ-ın Azərbaycandakı Səfirliyi "GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinə "İnsan Haqları üçün Hüquqi Yardım və Təhsil" adlı layihənin həyata keçirilməsinə dəstək göstərib. Regionlarda qanuni yardım və əlilliyi olan şəxslərə pulsuz hüquqi yardım göstərmək istəyən vətəndaşlar üçün layihə Ağsu, Cəlilabad, Salyan və Bakıda altı ay ərzində həyata keçirilib.
Layihənin məqsədi hər bir regionda 20 nəfərədək insanı əmək qanunvericiliyi, əlilliyi olan şəxslərlə bağlı qanunlar, təhsil hüquqları haqqında hüquqi yardım və biliklə təmin etmək olub. "2017-ci ilin mayında başlayan layihə, tam təlim kursu və fərdi məsləhətləşmə sessiyaları vasitəsi ilə öz hüquqlarını öyrənmiş 200 nəfərdən ibarət idi”- deyə "GÜLSAM” Əlillərin Reabilitasiya Mərkəzi İB-nin rəhbəri Gülnarə Səlimova bildirib: "Yerlərdə hüquqi maariflənməyə böyük ehtiyac var. Elə insanlar var ki, onlar hətta adi ərizəni yaza bilmirlər”.
Layihənin eksperti Səməd Vəkilov layihənin regionlarda maraqla qarşılandığını qeyd edib: "İnsanlar müxtəlif problemlərlə bağlı müraciət edirdilər. Ünvanlı sosial yardım, əlillik, aliment ala bilməməklə bağlı problemi olan rayon sakinləri kömək üçün müraciət edirdilər. İnsanların elektron müraciət etməklə bağlı maariflənməyə ehtiyacları var. Layihə rəhbərliyi onların problemlərini qeyd edərək aidiyyəti orqanlara çatdırıb. Demək olar ki, problemlərin əksəriyyəti həll olunub. Hətta ev təmiri ilə bağlı müraciət edən bir şəxsin də evinin təmiri yerli İH tərəfindən həyata keçirilib”. İB rəhbəri G.Səlimova layihə təklifi olarsa, yenidən işləməyə hazır olduqlarını bildirib: "Layihənin davamının olmasına ehtiyac var. Çünki yarımçıq işlər çoxdur".
Tədbirdə ABŞ Səfirliyinin nümayəndələri, jurnalistlər, QHT rəhbərləri və əlilliyi olan insanlar iştirak edib.
Qeyd edək ki, əlilliyi olan şəxslərin reabilitasiyası üzrə "GULSAM" İctimai Birliyi 1 avqust 2005-ci ildə qeyri-kommersiya təşkilatı olaraq qeydə alınıb. 2013-cü ildə "GULSAM” əlil insanlar üçün dərzilik dərslərinin təşkilini həyata keçirib. Təşkilat həmçinin gənclərə biznes bacarıqları və təcrübələrini öyrədən "Gənclər, QSC” pilot proqramını da təşkil edib.
banner

Oxşar Xəbərlər