• şənbə, 20 Aprel, 01:12
  • Baku Bakı 15°C

ABŞ səfiri: “Ukraynada baş verənlər Qarabağ münaqişəsinin niyə həll olunmalı olduğunu bir daha göstərir”

18.03.14 14:26 1125
ABŞ səfiri: “Ukraynada baş verənlər Qarabağ münaqişəsinin niyə həll olunmalı olduğunu bir daha göstərir”
“Ukraynada baş verənlər Azərbaycan-ABŞ və Azərbaycan-Avropa Birliyi münasibətlərini daha əhəmiyyətli edir”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
Onun sözlərinə görə, Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin niyə həll olunmalı olduğunu bir daha göstərir: “Azərbaycan və Ermənistan Dağlıq Qarabağdakı münaqişənin həlli üçün addımlar atmalı, bununla da regiondakı qeyri-sabitliyi aradan qaldırmalıdır. Bu münaqişənin davam etməsi heç kimə lazım deyil”.
Ukraynadakı vəziyyəti şərh edən səfir ABŞ prezidenti və dövlət katibinin Krımla əlaqədar bəyanatlarına əsaslanıb: “Orada baş verənlər çox pis hadisədir və biz müvafiq addımlar atırıq”
banner

Oxşar Xəbərlər