• şənbə, 27 Aprel, 04:25
  • Baku Bakı 14°C

ABŞ səfiri: “Gürcüstan güclü müdafiə imkanlarına malik olmalıdır”

23.01.18 15:10 465
ABŞ səfiri: “Gürcüstan güclü müdafiə imkanlarına malik olmalıdır”
"Gürcüstan çox güclü müdafiə imkanlarına malik olmalıdır”.
APA-nın yerli bürosunun məlumatına əsasən, bunu ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli Gürcüstan müdafiə naziri Levan İzoriya ilə görüşü zamanı deyib.
Səfir bildirib ki, ABŞ-la Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq yaxşı səviyyədədir: "Gürcüstanın daha uğurlu olması üçün onun çox güclü müdafiə imkanları olmalıdır ki, ölkəyə qarşı aqressiyanın və ziyan vura biləcək xarici qüvvələrin qarşısını ala bilsin”.
Qeyd edək ki, bu günlərdə ABŞ-ın "Javelin” tank əleyhinə daşınan raket komplekslərinin Gürcüstana çatdırılmasının ilk mərhələsi başa çatıb. "Javelin” tank əleyhinə daşınan raket komplekslərinin dəyəri 75 milyon dollar təşkil edir.
banner

Oxşar Xəbərlər