AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ABŞ sakini lotereyada 1 milyard dollar udub

ABŞ sakini lotereyada 1 milyard dollar udub

Təfsilat
23 Yanvar 2021, 17:15 201
ABŞ-ın Miçiqan ştatının sakini "Mega Millions" lotereyasında 1 milyard dollar məbləğində cek-pot udub.

Kaspi.az-ın məlumatına görə, adı açıqlanmayan şəxs uduşla bağlı vergilər ödənildikdən sonra 740 milyon dollara yaxın vəsaitin sahibi olacaq.

Bu, ABŞ lotereya tarixində ikinci ən böyük uduş olub. 2018-ci ildə Cənubi Karolina ştatının sakini 1,5 milyard dollar cek-pot udmuşdu. (Trend)