• cümə axşamı, 18 aprel, 21:28
  • Baku Bakı 21°C

ABŞ Rusiyadan döyüşləri dayandırmağı tələb etdi

17.02.15 05:47 980
ABŞ Rusiyadan döyüşləri dayandırmağı tələb etdi
ABŞ Dövlət Departamenti Rusiyanı və separatçıları Ukraynanın şərqində atəşkəsi pozmaqda ittiham edib.
APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda bildirilir.
Bəyanatda deyilir ki, ABŞ Ukraynanın şərqindəki Debaltsevo rayonunda vəziyyətin pisləşməsindən narahatdır: “Separatçılar açıq bəyan ediblər ki, onlar Debaltsevoda atəşkəs rejiminə riayət etməkdən imtina edirlər. Həmin əraziyə baş çəkmək istəyən ATƏT müşahidəçilərinin təhlükəsizliyinə təminat verilməyib. Bu aqressiv hərəkətlər və Rusiya tərəfindən dəstəklənən separatçıların bəyanatları bu yaxınlarda əldə olunmuş sülhə təhlükə törədir, ağır silahların geri çəkilməsini çətinləşdirir”.
ABŞ Rusiyanı və separatçıları dərhal hücumları dayandırmağa və Minsk razılaşmalarının yerinə yetirilməsi üçün ATƏT-lə dialoqa başlamağa çağırıb.
banner

Oxşar Xəbərlər