• cümə, 29 Mart, 13:58
  • Baku Bakı 14°C

ABŞ rəsmisi: "Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə təhlükəsizliyi təmin edəcək"

15.02.18 19:32 594
ABŞ rəsmisi: "Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə təhlükəsizliyi təmin edəcək"
"ABŞ hər zaman "Cənub Qaz Dəhlizi" kimi layihələrin həyata keçirilməsində təşəbbüslərə dəstək verəcək".

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün ABŞ Avropanın qaz təchizatı marşrutlarının şaxələndirilməsi siyasətini dəstəkləyir.

"Çünki, güclü Avropa bizə zəruri olan tərəfdaşdır. Biz bu tərəfdaşlarımızla üzləşdiyimiz çağırışlara qarşı birgə mübarizə apara bilirik. Təhlükəsizlik məsələsi isə ABŞ üçün prioritetlərdəndir. Biz bu gün bu toplantıda iştirak etdik. Düşünürəm ki, "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı işlər indiki kimi davam edərsə, bu həm beynəlxalq səviyyədə, həm də Avropa səviyyəsində təhlükəsizliyi təmin edəcək", - deyə Syu Saarnio vurğulayıb.
banner

Oxşar Xəbərlər