• cümə axşamı, 28 mart, 16:31
  • Baku Bakı 16°C

ABŞ qırıcıları “İslam dövləti”ni bombalamaqda davam edir

09.08.14 10:38 1067
ABŞ qırıcıları “İslam dövləti”ni bombalamaqda davam edir
ABŞ-ın döyüş təyyarələri bu gün İraqın şimalındakı Ərbil şəhəri yaxınlığında “İslam dövləti” (keçmiş İŞİD) qruplaşmasının mövqelərinə növbəti hava zərbələri endirib. Nəticədə qruplaşmanın 8 üzvünün öldüyü, 20 nəfərin yaralandığı xəbər verilir.
“Anadolu” Agentliyinin verdiyi məlumata görə, bu barədə Mosulun “Əs-Səlam” xəstəxanasından bildirilib. Qeyd olunub ki, xəstəxanaya gətirilən cəsəd və yaralılar Mosulun 60 kilometr şərqində, Ərbil yaxınlığında olan Əl-Xazər bölgəsində hava zərbələrinə məruz qalıblar.
Qeyd edək ki, ABŞ Hərb Hava Qüvvələri avqustun 8-də “İslam dövləti” qruplaşmasının mövqelərinə zərbə endirməyə başlayıb./apa/
banner

Oxşar Xəbərlər