• cümə, 29 Mart, 02:07
  • Baku Bakı 7°C

ABŞ qırıcıları 3 şübhəli təyyarəni yaxaladı

24.09.13 07:35 1154
ABŞ qırıcıları 3 şübhəli təyyarəni yaxaladı
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə "Associated Press” agentliyinin yaydığı xəbərdə bildirilir.
Qeyd edək ki, Nyu-Yorkun hava məkanı BMT Baş Assambleyasının iclası və prezident Barak Obamanın səfəri üzündən qapalı elan olunub.
Şimali Amerika Hava-Kosmik Müdafiəsi Komandanlığının nümayəndəsi Con Kornelio bildirib ki, əməliyyat 1,5 saat davam edib. Müvafiq tapşırığı F-16 qırıcıları yerinə yetirib.
Ələ keçirilən yüngül mühhərikli təyyarələrin pilotları qapalı hava məkanına daxil olmaq cəhdləri ilə bağlı sorğu-sual ediləcək. İlkin məlumata görə, pilotların hərəkətində terror məqsədi olmayıb.
banner

Oxşar Xəbərlər