AZE | RUS | ENG |


ABŞ Putinin Abxaziyaya səfərinə sərt reaksiya verib

ABŞ Putinin Abxaziyaya səfərinə sərt reaksiya verib
ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Gürcüstanın separatçı regionu Abxaziyaya səfərinə münasibət bildirib.
 
APA-nın xəbərinə görə, Dövlət Departamentinin sözçüsü Hezer Nauert (Heather Nauert) Moskvanı Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırıb: "ABŞ Rusiya Federasiyası prezidenti Vladimir Putinin Rusiya tərəfindən işğal olunmuş Gürcüstan ərazisi Abxaziyaya səfərini qəbuledilməz və Moskvanın iştirakçısı olduğu Cenevrə beynəlxalq müzakirələrinin prinsiplərinə zidd sayır. ABŞ Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü də suverenliyini tam dəstəkləyir və Abxaziya ilə Cənubi Osetiyanın Rusiya tərəfindən tanınmasını rədd edir. ABŞ Rusiyanı öz qoşunlarını 2008-ci ildə baş vermiş hərbi fəaliyyətlərdən əvvəlki mövqelərə çəkməyə və Abxaziya ilə Cənubi Osetiyanın tanınması barədə qərarına yenidən baxmağa çağırır”.   
 
Xatırladaq ki, V. Putin avqustun 8-də Abxaziyaya səfər edib və separatçı bölgənin başçısı Raul Hacimba ilə görüşüb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008