• cümə, 29 Mart, 17:55
  • Baku Bakı 14°C

ABŞ Prezidentinin İran siyasəti Tehranda etirazlara səbəb olub

15.10.17 17:00 1850
ABŞ Prezidentinin İran siyasəti Tehranda etirazlara səbəb olub
ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə əlaqədar "yeni strategiya paketi” Tehranda etirazlara səbəb olub.
İranın paytaxtında keçirilən etiraz aksiyasına 900 mindən çox insan qatılıb. Aksiya iştirakçıları Donald Trampı yalan danışmaqda və İrana şər atmaqda ittiham ediblər.
Xatırladaq ki, oktyabrın 13-də Prezident Donald Tramp İran ilə ABŞ və Avropa ölkələrinin razılaşmasına baxmayaraq, rəsmi Tehranı terroru dəstəkləməkdə, nüvə silahı istehsalını davam etdirməkdə ittiham edib.
İran rəsmilərinin sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin və Avropa İttifaqının haqlı mövqeyini nəzərə almayaraq destruktiv mövqe tutan Donald Tramp ABŞ və İran xalqlarına qarşı düşmənçilik siyasəti yürüdür.
banner

Oxşar Xəbərlər