• cümə, 19 Aprel, 22:30
  • Baku Bakı 24°C

ABŞ prezidenti Türkiyəyə qarşı sanksiyanı müzakirə edib

24.07.19 09:06 15003
ABŞ prezidenti Türkiyəyə qarşı sanksiyanı müzakirə edib
ABŞ prezidenti Donald Tramp Respublikaçılar partiyasından olan senat üzvləri ilə Rusiyadan S-400 raket sistemlərinin alınmasına görə Türkiyəyə qarşı sanksiya məsələsini müzakirə edib.
Trend-in xəbərinə görə, bununla bağlı Ağ Ev məlumat yayıb.
Məlumatda deyilir: "Bu görüş Rusiyadan raket kompleksləri alınmasına görə Türkiyəyə qarşı mümkün sanksiya tətbiqinə həsr olunub”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, S-400 zenit-raket komplekslərinin komponentlərinin Rusiyadan Türkiyəyə çatdırılmasının birinci mərhələsi başlayıb. Bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan S-400-lərin yerləşdiriləcəyi mövqelərin müəyyən ediləcəyini demişdi. Bildirmişdi ki, komplekslər Türkiyəyə ləngimədən çatdırılacaq.
banner

Oxşar Xəbərlər