AZE | RUS | ENG |

ABŞ Prezident İlham Əliyevin əfv sərəncamını alqışlayır

ABŞ Prezident İlham Əliyevin əfv sərəncamını alqışlayır
Amerika Birləşmiş Ştatları Azərbaycanda 400-dən çox məhbusun əfv edilməsini alqışlayır.
 
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.
 
Bəyanatda bildirilir ki, Birləşmiş Ştatlar 16 mart tarixli əfv sərəncamını və 400-dən çox insanın azad edilməsini alqışlayır: "Biz Azərbaycanı öz vətəndaşlarının əsas azadlıqlarını qorumaq üçün gələn aylarda beynəlxalq öhdəliklərinə uyğun olaraq əlavə müsbət addımlar atmağa təşviq edirik".
 
Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
 
Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917