• şənbə, 20 Aprel, 11:46
  • Baku Bakı 14°C

ABŞ polisi qara dərili yeniyetməni güllələdi

24.12.14 12:43 864
ABŞ polisi qara dərili yeniyetməni güllələdi
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 18 yaşlı Antonio Martin Missuri ştatının Sent Luis şəhərində yanacaqdoldurma məntəqəsində polisin yoxlamasından keçməyi rədd etdikdən sonra güllələnib. Polis və hadisə yerinə toplaşan insanlar arasında qarşıdurma yarandığı və 3 nəfərin saxlanıldığı bildirilir.
Xatırladaq ki, avqustun 9-da Ferqüsson şəhərində 18 yaşlı qara dərili Maykl Braunun polis tərəfindən güllələnərək öldürülməsindən sonra bu şəhərdə və ölkə miqyasında kütləvi etiraz aksiyaları keçirilmiş və polislə nümayişçilər arasında toqquşmalar baş vermişdi.
banner

Oxşar Xəbərlər