• cümə axşamı, 25 aprel, 11:00
  • Baku Bakı 14°C

ABŞ-nın bəyanatı qərəzli yanaşma və siyasi təzyiq cəhdidir

21.02.14 12:11 1168
ABŞ-nın bəyanatı qərəzli yanaşma və siyasi təzyiq cəhdidir
“Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları haqqında Avropa Konvensiyası, ATƏT və Avropa Şurası çərçivəsindəki öhdəliklərimizə uyğun olaraq hazırlanmış qeyri-hökumət təşkilatları haqqında qanuna son əlavə və dəyişikliklər QHT-lər, Azərbaycan Respublikasının Milli Məclisi, Ədliyyə Nazirliyi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəyə çıxarılıb”.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
ABŞ-ın ATƏT yanında daimi nümayəndəsinin təşkilatın Daimi Şurasının fevralın 20-də keçirilən iclasında Azərbaycanda QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklərlə bağlı tənqidi bəyanatını şərh edən E. Abdullayev bildirib ki, bu əlavə və dəyişikliklərin əsas məqsədi QHT-lərin fəaliyyətində və xüsusilə onların maliyyələşməsində şəffaflığın artırılması, korrupsiya elementlərinin aradan qaldırılması və QHT-lərin vətəndaş cəmiyyətinin inkişafına xidmət edən təsisat kimi rolunun gücləndirilməsindən ibarətdir: “Bu xüsusda biz QHT-lərə müraciət edərək onları Azərbaycan Respublikasının qanunları çərçivəsində şəffaf və açıq, eləcə də korrupsiya və qanunsuz maliyyələşmə metodlarından azad şəkildə fəaliyyət göstərməyə qətiyyətlə çağırırıq”.
E. Abdullayevin sözlərinə görə, Azərbaycan tərəfindən bu sahədə bir sıra mühüm işlərin görüldüyü və eyni zamanda QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklər edilməklə QHT-lərin fəaliyyətinin hüquqi bazasının möhkəmləndirildiyi və şəffaflığın artırıldığı halda, ABŞ tərəfindən səsləndirilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir.
Xatırladaq ki, fevralın 20-də ABŞ-ın ATƏT-dəki səfiri Deniel Bayer ATƏT Daimi Şurasının iclasında Azərbaycanda QHT-lər haqqında qanuna son əlavə və dəyişiklikləri tənqid edib.
banner

Oxşar Xəbərlər