• şənbə, 20 Aprel, 03:35
  • Baku Bakı 15°C

ABŞ-nın Azərbaycandakı səfirliyi Fərhad və Rafiq Əliyevlərin əfvini alqışlayır

18.10.13 09:47 1359
ABŞ-nın Azərbaycandakı səfirliyi Fərhad və Rafiq Əliyevlərin əfvini alqışlayır
APA məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyin yaydığı bəyanatda deyilir: "Biz Fərhad və Rafiq Əliyevlərin əfvi və azadlığa buraxılmasından məmnun olduq. Ümid edirik ki, Azərbaycan hakimiyyəti daha böyük siyasi meydan yaratmaq üçün daha çox aktivisti və jurnalisti azad edəcək".
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 14-də Əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 153 məhkuma şamil olunub. Cəzasının çəkilməmiş hissəsindən azad olunanlar arasında keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, “Azpetrol” şirkətinin keçmiş prezidenti Rafiq Əliyev də var.
banner

Oxşar Xəbərlər