• cümə axşamı, 18 aprel, 20:59
  • Baku Bakı 21°C

ABŞ neftin qiymətinə dair proqnozunu artırıb

13.03.19 13:15 404
ABŞ neftin qiymətinə dair proqnozunu artırıb
ABŞ "Brent” markalı xam neftin qiyməti üzrə proqnozunu açıqlayıb.
AZƏRTACABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, cari ildə "Brent”in bir barrelinin orta qiymətinin 63 dollar olacağı nəzərdə tutulur. Əvvəlki proqnozda isə bu rəqəm 61 dollar/barrel idi.
EIA-ya görə, gələn il üzrə isə "Brent”in qiymətinin 62 dollar/barrel təşkil edəcəyini proqnozlaşdırır.
"Fevralda qlobal neft ehtiyatları gündəlik orta hesabla 1,4 milyon barrel azalıb. Bu, 2017-ci ildən indiyədək ən böyük aylıq azalmadır. Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin bu ilin ilk yarısı üçün qüvvədə olan xam neft istehsalının azaldılmasına dair sazişin müddətini artıracaqları, ilin ikinci yarısını da əhatə edəcəyi gözlənilir”, - deyə məlumatda qeyd olunub.
banner

Oxşar Xəbərlər