AZE | RUS | ENG |

ABŞ neftin qiymətinə dair proqnozunu artırıb

ABŞ neftin qiymətinə dair proqnozunu artırıb
ABŞ "Brent” markalı xam neftin qiyməti üzrə proqnozunu açıqlayıb.
AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, cari ildə "Brent”in bir barrelinin orta qiymətinin 63 dollar olacağı nəzərdə tutulur. Əvvəlki proqnozda isə bu rəqəm 61 dollar/barrel idi.
EIA-ya görə, gələn il üzrə isə "Brent”in qiymətinin 62 dollar/barrel təşkil edəcəyini proqnozlaşdırır.
"Fevralda qlobal neft ehtiyatları gündəlik orta hesabla 1,4 milyon barrel azalıb. Bu, 2017-ci ildən indiyədək ən böyük aylıq azalmadır. Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin bu ilin ilk yarısı üçün qüvvədə olan xam neft istehsalının azaldılmasına dair sazişin müddətini artıracaqları, ilin ikinci yarısını da əhatə edəcəyi gözlənilir”, - deyə məlumatda qeyd olunub.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311