• şənbə, 11 May, 07:23
  • Baku Bakı 12°C

ABŞ müdafiə naziri: "Türkiyənin legitim təhlükəsizlik qayğıları var"

22.01.18 10:55 537
ABŞ müdafiə naziri: "Türkiyənin legitim təhlükəsizlik qayğıları var"
ABŞ müdafiə naziri Ceyms Mattis TürkiyəninSuriyanın Afrin bölgəsindən həyata keçirdiyi hərbi əməliyyata münasibət bildirib.
APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, C. Mattis Cənub Şərqi Asiya regionuna səfərə gedərkən təyyarədə media nümayəndələrinin suallarını cavablandırıb. Pentaqon rəhbəri qeyd edib ki, Türkiyə önəmliNATOmüttəfiqidir: "Türkiyənin legitim təhlükəsizlik qayğıları var".
C. Mattis əməliyyatdan əvvəl Türkiyənin ABŞ-ı məlumatlandırdığını söyləyib: "Türkiyə açıq davrandı vəhavaəməliyyatından öncə bizi xəbərdar etdi".
Nazir bölgədəki ABŞ hərbçilərinin təhlükədə olmadığını da əlavə edib.
banner

Oxşar Xəbərlər