• şənbə, 27 Aprel, 07:11
  • Baku Bakı 12°C

ABŞ-la Rusiya Suriyada atəşkəslə bağlı razılığa gələ bilməyib

23.09.16 12:04 790
ABŞ-la Rusiya Suriyada atəşkəslə bağlı razılığa gələ bilməyib
"ABŞ-la Rusiya Suriyada atəşkəslə bağlı razılığa gələ bilməyib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu ABŞ dövlət katibiCon Kerribildirib.

"Biz, çıxıb bütün dünyaya deyə bilmirik ki, razılığa gəlmişik", - deyə o vurğulayıb.

Qeyd edək ki, dünən Nyu-YorkdaBMTBaş Assambleyasının 71-ci sessiyası çərçivəsindəSuriyaböhranı üzrə Beynəlxalq Qrupun görüşü keçirilib. Görüşdə Rusiya XİN başçısıSergey Lavrov,Avropa İttifaqınümayəndələri və Yaxın Şərq ölkələrinin yüksək vəzifəli diplomatları iştirak ediblər.

BMT-ninSuriyamünaqişəsi üzrə xüsusi nümayəndəsi Stefan de Mistura keçirilən görüşü "uzun, ağrılı və məyusedici" adlandırıb. Onun sözlərinə görə, yaxın saatlar və günlərSuriyada sülh prosesi üçün olduqca böyük önəm daşıyır.

ABŞ dövlət katibiCon Kerriinamın bərpa olunması üçün aviazərbələrin dayandırılmasının vacib olduğunu söyləyib. Lavrov isə Kerriyə cavabında müxalifətin də döyüşü dayandırmalı olduğunu qeyd edib.

Xatırladaq ki, sentyabrın 9-də Cenevrədə Lavrovla Kerri arasında Suriyada atəşkəsin elan olunması ilə bağlı əldə olunmuş razılıq bir neçə gün sonra pozulub. Əvvəlcə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaSuriyaqoşunlarına aviazərbə endirib, daha sonra isəBMT-nin humanitar karvanı Hələb şəhərində havadan atəşə tutulub. Rusiya XİN ABŞ-ı İŞİD-ə yardım etməkdə, rəsmi Vaşinqton isəBMTavtokarvanının bombalanmasında Moskva və Dəməşqi günahlandırıb.
banner

Oxşar Xəbərlər