• çərşənbə axşamı, 19 mart, 12:50
  • Baku Bakı 8°C

ABŞ KXDR-ə qarşı sanksiyaları ləğv etməyəcək

20.10.18 16:38 400
ABŞ KXDR-ə qarşı sanksiyaları ləğv etməyəcək
KXDR-ə qarşı iqtisadi sanksiyalar bu ölkə nüvə arsenalından imtina edənə qədər qüvvədə qalacaq.
"Report” "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Moskvaya səfəri zamanı məhz bu barədə danışmağı planlaşdırır.
Agentliyin məlumatına görə, Birləşmiş Ştatlarda Rusiya və Çinin Şimali Koreyaya qarşı tətbiq olunan qadağaların yumşaldılması ilə bağlı mövqeyi ilə razı deyillər.
Oktyabrın 10-da Rusiya, Çin və Şimali Koreya xarici işlər nazirləri müavinlərinin üçtərəfli görüşü keçirilib. Görüş zamanıBMTTəhlükəsizlik Şurasının KXDR-ə qarşı tətbiq etdiyi sanksiyalara yenidən baxmasına dair yekdil qərar qəbul olunub.
Bundan əvvəlTramp və Kim Çen Inın növbəti dəfə 2019-cu ilin əvvəlində görüşmə ehtimalının olduğu barədəməlumat verilib.
banner

Oxşar Xəbərlər