• cümə axşamı, 25 aprel, 03:33
  • Baku Bakı 19°C

“ABŞ kürdlərin müstəqilliyini dəstəkləmir” - Kerri

27.08.16 11:19 938
“ABŞ kürdlərin müstəqilliyini dəstəkləmir” - Kerri
Rəsmi Vaşinqton vahid Suriyanın tərəfdarı olaraq kürdlərə müstəqillik verilməsini dəstəkləmir.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri bəyan edib.
"Biz vahid Suriya tərəfdarıyıq. Kürdlərin müstəqillik təşəbbüsünü dəstəkləmirik. Kürd qüvvələrinin bəzi nümayəndələri ilə işimiz məhdud əsasda aparılıb. Biz bunun Türkiyə üçün həssas məsələ olduğunu anlayırıq”, deyə C.Kerri Cenevrədə Rusiya XİN rəhbəri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında bildirib.
Sergey Lavrov, öz növbəsində, qeyd edib ki, kürdlər Suriya dövlətinin bir hissəsi olmalıdırlar.
İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş olub. Danışıqlar fasilələrlə 12 saatdan çox davam edib. Danışıqların yekunların dair Lavrov və Kerri birgə mətbuat konfransı keçiriblər.
banner

Oxşar Xəbərlər