ABŞ konsulluğunda terror: 4 ölü, 18 yaralı

ABŞ konsulluğunda terror: 4 ölü, 18 yaralı

Təfsilat
14 Sentyabr 2013, 08:52 1282
Əfqanıstandakı ABŞ konsulluğuna edilən hücum nəticəsində ölənlərin sayı 4-ə çatıb. Anspress-in Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mari Xarf məlumat verib.

İranla sərhəddə yerləşən Herat şəhərindəki konsulluğa edilən hücumda ölənlərin sayının artacağı istisna deyil. 4 nəfərin öldüyü, 18 nəfərin yaralandığı terror hücumunda konsulluğun heç bir əməkdaşı xəsarət almasa da, təhlükəsizlik tədbiri kimi, ABŞ diplomatları paytaxt Kabilə köçürülüb. Konsulluğun fəaliyyəti qeyri-müəyyən vaxta qədər dayandırılıb. Hücuma görə məsuliyyəti "Taliban” qruplaşması üzərinə götürüb.