• çərşənbə axşamı, 16 aprel, 11:52
  • Baku Bakı 14°C

ABŞ Konqresmeni Azərbaycanın Respublika günü ilə bağlı bəyanatla çıxış edib

09.06.17 09:50 810
ABŞ Konqresmeni Azərbaycanın Respublika günü ilə bağlı bəyanatla çıxış edib
ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü, Azərbaycan üzrə İşçi Qrupun üzvü, İllinoys ştatını təmsil edən Rendi Haltqren Azərbaycanın milli bayramı – Respublika Gününün 99-cu ildönümü münasibətilə bəyanatla çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, bəyanatında Konqres üzvü Azərbaycanın 1918-ci il 28 mayda müsəlman dünyasında ilk demokratik parlamentli respublika qurduğunu bildirib.
R.Haltqren həmin zamandan etibarən, xüsusilə son 25 ildə ABŞ-ın Azərbaycanla və Azərbaycan xalqı ilə əlaqələri genişləndirdiyi və gücləndirdiyini qeyd edib.
Daha sonra bəyanatda Konqres üzvü müsəlman dövləti olmasına baxmayaraq xristian, yəhudi və digər dini icmaların birgə yaşadığı Azərbaycanın etnik cəhətdən rəngarəng bir ölkə olduğunu vurğulayıb. Habelə Azərbaycanın Xəzər regionunda enerji bazarlarında aparıcı rol oynadığını bildirib.
Sonda ABŞ-ın Azərbaycanla iqtisadi və təhlükəsizlik məsələləri sahəsində əməkdaşlığı və tərəfdaşlığı gücləndirdiyini, Azərbaycanın ABŞ-la birgə terrorçuluğa qarşı mübarizədə göstərdiyi səylərinin yüksək qiymətləndirildiyini vurğulayıb.
banner

Oxşar Xəbərlər